isaznow.com
Az Iw En Ru

Parisdəki Azərbaycan səfirliyi ilə bağlı - Rəsmi açıqlama

“Azərbaycanın Fransadakı səfirliyi Parisdə baş verən son hadisələrə baxmayaraq adi rejimdə işləməkdə davam edir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

“Təhlükəsizlik tədbirlərinə gəlincə deməliyəm ki, səfirliyimiz adi, normal şəkildə fəaliyyət göstərməkdə davam edir. Bizdə Fransa polisinin bu ölkədək diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsinə dair tədbirlər görməsi haqda hazırda heç bir rəsmi məlumat yoxdur” - deyə XİN rəsmisi əlavə edib. /virtualaz.org/



04:53 10.01.2015