isaznow.com
Az Iw En Ru

Fransanı terror hәyəcanı bürüyüb

"Charlie Hebdo" satirik jurnalının әmәkdaşlarına qarşı törәdilәn aktla əlaqədar ölkәdә ciddi terror hәyəcanı yaşanır. Qanlı terror aktının ertəsi günü Parisin yaxınlığındakı Monruj qәsәbәsindә namәlum şәxs tәrәfindәn bir polis әmәkdaşı yaralanıb. Yerli kütlәvi informasiya vasitәlәri bu hadisәnin "Charlie Hebdo" faciәsi ilә әlaqәdar olduğunu bәyan edirlәr.

Yanvarın 9-da Paris - Lion istiqamәtindә hәrәkәt edәn qatardakı biletsiz suriyalı sәrnişin qatarı partladacağı ilә hәdәlәyib. Polis həmin sәrnişini hәbs etsә dә, qatarın hәrәkәti dayandırılıb vә sәrnişinlәr tәhlükәsiz yerә köçürülüb. Hәmin gün Fransanın әsas simvollarından biri olan Eyfel qüllәsi yaxınlığındakı Trokadero metro stansiyasında silahlı şəxsin olması xәbәri sәrnişinlәr arasında tәşvişә sәbәb olub. Stansiya dәrhal boşaldılıb. Axtarışlar bir nәticә vermәyib.

Son günlәr Fransada ciddi narahatlıq doğuran hadisәlərin baş vermәsi tәsadüfi sayılmır. Yerli KIV-lәr bunu IŞID terror tәşkilatı üzvlərinin Fransada terror aktları törәdәcәklәri barәdә son vaxtlar sәslәndirdiklәri tәhdid dolu bәyanatları ilә әlaqәlәndirirlәr. Buna görә dә ölkәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilməkdədir.
/AzerTac/


11:15 10.01.2015