

Cek Canın oğlu Ceysi “narkotik istifadəçilərinə sığınacaq vermə” maddəsi ilə 6 ay həbs cəzasına məhkum olunub.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, hökmün oxunduğu Pekinin Dunçan rayon məhkəməsinin bəyanatında Ceysi Çanın ittihama etiraz etmədiyi və günahını könüllü olaraq boynuna aldığı bildirilir.
Otuz iki yaşlı musiqiçi və aktyor Ceysi Çan 2014-cü ilin avqust ayında Çinin paytaxtı Pekində məşhur tayvanlı kino artisti Ke Çendunla birgə saxlanılmışdı. Bundan başqa, onun evindən psixotrop maddələr qəbul etməkdə şübhəli bilinən bir neçə şəxs, habelə 100 qram narkotik aşkarlanmışdı.
Atası oğlunun həbsindən məyus olduğunu və Ceysiyə ədalətdən yayınmaqda kömək etməyəcəyini deyib.