

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili, “Mercedes” markalı minik avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “Daewo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.
Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.