

Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Türkiyəyə səfər edəcək.
ATVxəbər.az-ın məlumatına görə, səfər yanvarın 15-də baş tutacaq.
Səfər çərçivəsində İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə enerji və regionla bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, bu İlham Əliyevin 2015-ci ildə xarici ölkəyə ilk səfəridir.