

Yevlax rayonu, Aran qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Kanal24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.