isaznow.com
Az Iw En Ru

İŞİD-dən qandonduran görüntülər

İŞİD terror qruplaşması Mosulun Sincar rayonunda Peşmərgə mövqelərinə etdiyi hücumların görüntülərini yayıb.
 
Anspress-in məlumatına görə, "Aslanların müqaviməti" adlandırılan video görüntüdə Peşmərgə qüvvələrinin mövqeləri İŞİD-ə məxsus pilotsuz təyyarə tərəfindən təsbit edildiyi yer alıb. Daha sonra həmin hədəflərə katyuşa raketləri, minaatanlardan və tanklardan atılan mərmilərlə atəşə tutulur. Həmçinin görüntülərdə peşmərgə mövqeləri suriyalı bir İŞİD-çi tərəfindən bomba yüklü avtomobillə hədəfə alınır. Peşmərgələrin vurulduğunu görən İŞİD-çilərin necə sevindiyi də görüntülərdə yer alıb. Daha sonra Peşmərgə ilə açıq döyüşə girən İŞİD yaraqlıları 4 kürd silahlısını öldürür, 3-ünü isə əsir götürür. 
 
Əsir götürdükləri kürd yaraqlılarına narıncı paltar geyindirən İŞİD terror qruplaşmasının maskalı üzvləri onların başını kəsir. Həmin baş kəsmə zamanı İŞİD-çilərin biri kürd lideri Məsud Bərzaniyə xitabən İŞİD-in mesajını verir: 
 
"Ey Bərzani, biz qan sevən bir millətik, bizə qanların ən gözəli Peşmərgə qanıdır".

19:05 12.01.2015