Kanal24.az xəbər verir ki, yanvarın 10-da Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva Fransada baş verən son terror hadisələri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verib. Partiya üzvləri yaşanan qanlı olayı pislədiklərini bildiriblər.
Kanal24-ə açıqlama verən DADP-nin sədri Fatma Əliyeva dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq insan qətlini, zor, təcavüz və terroru hər zaman pislədiklərini bildirib. Fransada törədilən son terror hadisəsini ciddi qınadıqlarını deyən F.Əliyeva onu da bildirib ki, bu günlərdə Fransanın ölkəmizdəki səfirliyində olaraq ölənlərlə bağlı başsağlığı verib.