isaznow.com
Az Iw En Ru

Yanvarın 13-nə olan HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman  olacaq. Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəzlənəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 

23:07 12.01.2015