isaznow.com
Az Iw En Ru

Terroçu qadının Suriyaya keçməsi ilə bağlı RƏSMİ açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada supermarketə hücumda iştirak edən Amedi Kolibalinin xanımı Həyat Boumediennin Türkiyə ərazisindən Suriyaya keçdiyinin təsdiqləndiyini söyləyib.

NTV telekanalınaın verdiyi xəbərə görə, nazir bildirib ki, qadın yanvarın 2-də İspaniyanın Madirid şəhərindən Türkiyəyə gələrək, İstanbulda mehmanxanada qalıb, yanvarın 8-də isə Suriyaya gedib.

"Təəssüf ki, dünyada terrora qarşı mübarizədə dayanıqlıq yoxdur", - M.Çavuşoğlu Avropada baş verən terror hadisəsi ilə bağlı məsələdən danışarkən əlavə edib.


23:09 12.01.2015