isaznow.com
Az Iw En Ru

Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

Dövlətimizin başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak etdi.

Prezident İlham Əliyev fabriki işə saldı, istehsal prosesini izlədi, hazır məhsullara baxdı.

Azərbaycan Prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik etdi.

Sonda xatirə şəkli çəkdirildi.


21:43 13.01.2015