isaznow.com
Az Iw En Ru

"Fənərbağça" prezidenti Əziz Yıldırım yenidən həbs oluna bilər

Türkiyədə məhkəmənin nəticələri razılaşdırılmış oyunlar barədə qərarı ilə "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım yenidən həbs oluna bilər.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün 13-cü İstanbul Ağır cəza məhkəməsi Ə.Yıldırım və daha 6 nəfərin dindirilməsinə dair qərar verib.

Məlumat üçün bildirək ki, bundan əvvəl "Fənərbağça" prezidentinə 6 il 3 ay həbs cəzası verilmişdi. 2012-ci il iyulun 2-də Ə.Yıldırım azadlığa buraxılmışdı.

Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub.


01:23 14.01.2015