isaznow.com
Az Iw En Ru

Merkel müsəlmanların aksiyasında

Almaniya kansleri Angela Merkel, ölkə prezidenti Yoaxim Qauk və digər rəsmilər ötən axşam Almaniyanın paytaxtı Berlində müsəlman icmalarının islamofobiyaya qarşı təşkil etdikləri aksiyaya qatılıb.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Brandenburq qapıları yaxınlığında yerləşən aksiyaçılar Parisdə baş verən terror aktı zamanı ölən şəxslərin xatirəsini yad edib və ölkədə dini dözümlülük və birliyə çağırıblar. Aksiya zamanı imam insanın öldürülməsini pisləyən Quran ayələrini oxuyub. Aksiyada on mindən çox insanın iştirak etdiyi bildirilir. 



19:18 14.01.2015