isaznow.com
Az Iw En Ru

Bakının üç rayonunun polis rəisi dəyişdirilib

Daxili İşlər Nazirliyi Bakının üç rayonunun polis rəisinin dəyişdirilməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Kanal24.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi Muradəli Babayev Xətai RPİ-yə, Xətai rayon RPİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon RPİ-ə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-ə rəis təyin olunublar. Nərimanov RPİ-yə hələlik rəis təyin olunmayıb.

 

Xatırladaq ki, Sabunçunun polis rəisi Cavanşir Babayev bir neçə gün əvvəl təqaüdə göndərilib. 


01:00 15.01.2015