isaznow.com
Az Iw En Ru

Nazir vətəndaşları qəbul edəcək

 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 22-də Şabranda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

 Nazirlikdən verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin qeyd olunan şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.  


01:05 15.01.2015