isaznow.com
Az Iw En Ru

Ermənistanda kütləvi aksiyalar

Gümrüdəki qətl hadisəsi ilə əlaqədar onlarla insan Ermənistan Prezidenti Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirirlər.

Ermənistan KİV-nin verdiyi məlumata əsasən, aksiyada məqsəd gümrülülərlə həmrəylik nümayiş etdirməkdir.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib.

Aksiya iştirakçıları "Ermənistanda cəza" şüarları səsləndirirlər.


22:29 15.01.2015