isaznow.com
Az Iw En Ru

15 yaşlı azərbaycanlı sosial şəbəkə yaratdı - Böyük marağa səbəb oldu

10-cu sinif şagirdi Həmzə Hüseynovun yaratdığı milli sosial şəbəkə böyük marağa səbəb olub.

2013-cü ildə qardaşının və dostlarının dəstəyiylə yaratdığı www.MyTagram.Az saytının istifadəçi sayı 323 mini keçib.
Həmzə Hüseynovun ATVxəbər.az-a verdiyi açıqlamasında bildirib ki, 3 dildə fəaliyyət göstərən saytın məqsədi dünya azərbaycanlılarını bir ünvanda toplamaqdır:
“Saytdan gələn gəlirə ehtiyacımız yoxdur. Ilk gəliri xeyriyyə məqsədiylə istifadə etdikdən sonra geri qalanını reklamlara ayırırıq”. –deyən, 16 yaşlı Həmzə, yaratdığı milli sosial şəbəkənin əhatə dairəsini genişləndirmək və funksionallığını artırmağı hədəflədiyini deyib.
10-cu sinif şagirdi olan Həmzə ailəsindəki ənənəni davam etdirərək hərbiçi olmağı düşünür.


23:03 15.01.2015