

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.
Kanal24.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.