isaznow.com
Az Iw En Ru

10 aylıq uşaq dayanmadan şişir

10 aylıq olan bu körpə,  5 yaşlı uşaq ağırlığındadır. Kolumbiyanın Libano şəhərində dünyaya göz açan uşaq öz çəkisi ilə bütün dünyanı şoka salıb. Xuanitanın heç bir yaşı da yoxdur, bununla belə onun çəkisi artıq  20 kq-ı keçib.
 
ATVxəbəbər.az bildirir ki,  Xuanita heç də digər uşaqlardan dəfələrlə çox yemək yemir. 10 aylıq qızcığazın dünyaya gələr gəlməz kökəlməyə başlaması, tibb dünyasını də heyrətləndirib. Həkimlər Xuanitanın çəkisinin  hansı səbəbdən artdığını tapmaqda çətinlik çəkir.
 
Xuanitanın anomal çəkisi, kolumbiyalıları da hərəkətə keçirib.  Sakinlər qızcığazın müalicə olunması üçün ölkənin dörd bir yanından onun ailəsinə maddi yardım göndərir. Artıq paytaxt Boqotaya gətirilən uşaq yaxın vaxtlarda əməliyyat olunacaq. Buna qədər isə,  xaricdən gələn təcrübəli həkimlər onun hansı səbəbdən kökəldiyini dəqiqləşdirməlidir.
 
Qeyd edək ki, ötən il başqa bir kolumbiyalı uşaq da oxşar  çəki ilə dünyanın diqqətini çəkmişdi.  Çəkisi  20 kq-a yaxın olan 9 aylıq Santyaqo Mendosa, Xuanitadan fərqli olaraq müntəzəm qidalandığı üçün kökəlmişdi. Onu da qeyd edək ki, Latın Amerikasında fəaliyyət göstərən “Şişman ürəklər” fondu da Xuanitanı bu müəmmalı xəstəlikdən xilas etmək üçün araşdırmalara start verib.

23:20 15.01.2015