isaznow.com
Az Iw En Ru

Ermənistanda polis daşqalaq olundu - 12 yaralı var YENİLƏNİB-2 VİDEO

Kanal24.az APA-ya istinadən bildirir ki, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.
 
Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.

22:19

İrəvanda Rusiya səfirliyinin qarşısında keçirilən mitinqdə Ermənistanın məşhur rejissoru Tiqran Xzmalyan həsb edilib.

Bu barədə informasiyanı erməni mediası yayıb. Məlumatda vurğulanır ki, etirazçıların aqressivliyi və Rusiya əleyhinə şüarlar səsləndirməsi, hətta Rusiya Prezidenti Vladimir Putini Azərbaycan dilində ən ağır söyüşlə söymələri polisi hərəkətə keçirib. Erməni polisi mitinqçilərə qarşı zorakılığa və həbslərə başlayıb.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdəki 102-ci bazanın əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Permyakovun işini Rusiya tərəfinin aparması yerli əhalini hiddətləndirib. /Axar.az/

22:20

Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçıları mitinqi Rusiya konsulluğunun binası qarşısında keçirməyə qərar veriblər. 

"Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının deputatı Martun Qriqoryan aksiya iştirakçılarına müraciət edərək mitinqi dayandırmağı istəyib. 
 
Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Polis əməkdaşları tərəfindən mühasirəyə alınan bina nümayişçilər girməyə çalışırlar. Polislərə daş atan atan nümayişçilərə qarşı qaz bombalarından istifadə edildiyi də bildirilir. Polisin işıq bombalarından da istifadə eydiyi görüntülərdə yer alıb. 
 
Ermənistan hüquq-mühafizə orqanlarının aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etdiyi bildirilsə də, bu xüsusi vasitələrin nədən ibarət olduğu barədə məlumat verilmir. 


 

18:25 16.01.2015