isaznow.com
Az Iw En Ru

Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı sədd tikəcək

Səudiyyə Ərəbistanı İraq və Yəmənlə sərhədində İŞİD qruplaşmasına qarşı 1000 kilometrlik sədd tikmək üçün hazırlıq işləri aparır.

 Türkiyənin "Milliyyət" qəzetinin verdiyi məlumata əsasən, layihənin dəyəri 3,4 milyard dollar qiymətləndirilir.

Səddin layihəsini mərkəzi Münhendə olan firma hazırlayacaq. Səddin müşahidə qüllələrində "Spexer" radarlar, termal kameralarla təchiz edilmiş helikopterlər və müdaxilə etmək üçün maşınlar olacaq.

Qeyd edək ki, ötən həftə İraq sərhədində Səudiyyə qüvvələri və İŞİD silahlıları arasında baş vermiş atışmada 3 səudiyyəli əsgər həlak olmuşdu.


00:56 17.01.2015