

Somalinin şimal-qərbindəki Vacid bölgəsində 6 uşaq aclıqdan ölüb.
"CNN Türk" telekanalının verdiyi məlumata əsasən, bölgədə 2014-cü ilin ortalarından bəri müşahidə edilən quraqlıq insanların həyatına mənfi təsir edib.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, 2010-2012-ci illərdə Somalidə 260 insan aclıqdan dünyasını dəyişib. Onlardan yarısı uşaqdır.