isaznow.com
Az Iw En Ru

Xocalı qurbanlarının xatirəsi anılacaq

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən fevralın 23-də Parisdə Xocalı qurbanlarının xatirəsi anılacaq.

TEAS-ın saytının yaydığı xəbərə görə bu münasibətlə “FeMusa” ansamblı və onun rəhbəri, azərbaycanlı skripkaçı Nəzrin Rəşidova çıxış edəcək.

Səsləndiriləcək əsərlər 1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilmiş qırğın zamanı qətlə yetirilmiş 613 nəfər azərbaycanlı dinc sakinin xatirəsinə ithaf olunacaq./AzerTac/



19:16 18.01.2015