

Kanal24.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunan "Qan yaddaşımız" adlı praktik konfrans keçirdi. Konfrans iştirakçıları 20 yanvar şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Konfransda çıxış edən DADP sədri Fatma Əliyeva bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində şanlı səhifələrdən birini təşkil edir: "Azadlığı uğrunda mübarizəyə qalxan xalq SSRİ rəhbərliyi tərəfindən qırğına məruz qalsa da, öz haqqını tələb edərək müstəqilliyini qazanıb. Hamının susduğu bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verərək qanlı aksiyanı törədənləri kəskin ittiham edibr. Ulu öndər bu ağır gündə xalqı ilə birlikdə olacağını uca səslə bəyan edib. Ümummilli lider Heydər Əliyevin bəyanatı xalqın inamını özünə qaytarıb və müstəqilliyi uğrunda apardığı mübarizədə qalib gəlməsinə səbəb olub".
"Qan yaddaşımız" adlı konfransda çıxış edən ziyalılar bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının məğrurluğunu, əyilməzliyini göstərib, müstəqilliyi uğrunda mübarizə aparmaq iqtidarına malik olduğunu sübuta yetirib.