Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şənliklər təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün Yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi, Naxçıvan Qarnizon və Gəncə Zabitlər evlərinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri uşaqlar üçün maraqlı konsert proqramları ilə çıxış ediblər.